Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatlarının quraşdırılma xərclərinin vergi öhdəlikləri ilə əvəzləşdirilməsinə başlanılır

Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatlarının quraşdırılma xərclərinin vergi öhdəlikləri ilə əvəzləşdirilməsinə başlanılır Bu gündən başlayaraq Azərbaycanda quraşdırılan, Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatlarının quraşdırılma xərcləri vergi öhdəlikləri ilə əvəzləşdiriləcək.
Maliyyə
1 Yanvar , 2020 00:45
Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatlarının quraşdırılma xərclərinin vergi öhdəlikləri ilə əvəzləşdirilməsinə başlanılır

Bu gündən başlayaraq Azərbaycanda quraşdırılan, Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatlarının quraşdırılma xərcləri vergi öhdəlikləri ilə əvəzləşdiriləcək.

“Report” xəbər verir ki, bu məsələ bu gün qüvvəyə minən “Vergi Məcəlləsi”nə edilən yeni dəyişikliklərdə öz əksini tapıb.

Sənəddə deyilir ki, bir neçə halda nəzarət-kassa aparatlarının quraşdırılma xərcləri vergi öhdəliklərindən çıxılmayacaq. Belə ki, nəzarət-kassa aparatı 1 yanvar 2019-cu il tarixinə qədər quraşdırıldıqda, həmin tarixdən sonra quraşdırıldıqda, lakin Nazirlər Kabinetinin müəyyən etdiyi meyarlara cavab vermədikdə, həmin meyarlara cavab verdikdə, lakin əvvəllər istifadədə olan nəzarət-kassa aparatını əvəzləmədikdə yeni qaydalar qüvvəyə minmir.

Son xəbərlər

Orphus sistemi