"Yelo Bank" maliyyə vəziyyətini açıqlayıb
- 13 iyul, 2024
- 09:30
Yeniliklərdən dərhal xəbərdar olun!
“Yelo Bank” ASC bu ilin I yarısını 26,019 milyon manat mənfəətlə başa vurub.
“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 3 dəfə çoxdur.
Yanvar-iyun aylarında “Yelo Bank”ın gəlirləri 95,407 milyon manat (illik müqayisədə 65,7 % çox), xərcləri 70,47 milyon manat (29,4 % çox), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti isə 1,083 milyon manat (80,7 % az) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.
Bu il iyulun 1-nə “Yelo Bank”ın aktivləri 1 milyard 124,652 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 32,8 % çoxdur. Bunun 830,229 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 25,1 % böyüyüb.
Hesabat dövründə “Yelo Bank”ın öhdəlikləri 31,3 % artaraq 999,147 milyon manata, o cümlədən depozit portfeli 36,5 % artaraq 807,768 milyon manata, balans kapitalı isə 45,9 % artaraq 125,505 milyon manata çatıb.
Xatırladaq ki, "Yelo Bank" 1994-cü ildən fəaliyyət göstərən "Nikoil Bank" ASC-nin bazasında 2019-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 378 milyon manatdır. Bankın səhmlərinin 96%-i “Topaz Investments Limited” QSC-yə, 3,9%-i Marina Kulişovaya (Bankın Müşahidə Şurasının sədri, həm də əsas səhmdarın direktoru), 0,1%-i isə "İSR Holdinq” MMC-yə məxsusdur.