"Yelo Bank" maliyyə vəziyyətini açıqlayıb

Maliyyə
  • 16 aprel, 2024
  • 13:05
Yelo Bank maliyyə vəziyyətini açıqlayıb

“Yelo Bank” ASC bu ilin I rübünü 14,126 milyon manat mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 3,4 dəfə çoxdur.

Yanvar-mart aylarında “Yelo Bank”ın gəlirləri 56,069 milyon manat (illik müqayisədə 2 dəfə çox), xərcləri 38,752 milyon manat (46,6 % çox), xüsusi ehtiyatlara ayırmaları isə 3,192 milyon manat (1 il bundan əvvəl qənaət edib) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

Bu il aprelin 1-nə “Yelo Bank”ın aktivləri 1 130,812 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 36,2 % çoxdur. Bunun 782,457 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 26,6 % böyüyüb.

Hesabat dövründə “Yelo Bank”ın öhdəlikləri 35,7 % artaraq 1 017,424 milyon manata, o cümlədən depozit portfeli 45,1 % artaraq 837,248 milyon manata, balans kapitalı isə 40,4 % artaraq 113,388 milyon manata çatıb.

Xatırladaq ki, "Yelo Bank" 1994-cü ildən fəaliyyət göstərən "Nikoil Bank" ASC-nin bazasında 2019-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 378 milyon manatdır. Bankın səhmlərinin 96%-i “Topaz Investments Limited” QSC-yə, 3,9%-i Marina Kulişovaya (Bankın Müşahidə Şurasının sədri, həm də əsas səhmdarın direktoru), 0,1%-i isə "İSR Holdinq” MMC-yə məxsusdur.

44 - Tezliklə