"Yelo Bank"ın rəhbərliyinə yeni təyinat olub

"Yelo Bank"ın rəhbərliyinə yeni təyinat olub Yelo Bank ASC-nin İdarə Heyətinin sədrinə yeni müavin təyin edilib.
Maliyyə
118
21 Yanvar , 2020 17:52
Yelo Bankın rəhbərliyinə yeni təyinat olub

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədrinə yeni müavin təyin edilib. 

"Report" Banka istinadən xəbər verir ki, bu, Yaşar Kərimovdur. 

O, Azərbaycan Mərkəzi Bankının təsdiqindən sonra sədr müavini və Pərakəndə bankçılıq idarəsinin rəhbəri vəzifəsində fəaliyyətə başlayacaq. Həmçinin təcrübəli bankir xidmət modelinin dəyişdirilməsi prosesinə də rəhbərlik edəcək. 

Y.Kərimov bank sahəsində 15 illik təcrübəyə malikdir və uzun müddət digər banklarda pərakəndə bankçılıq, marketinq və biznesin inkişafı, o cümlədən informasiya texnologiyaları sahəsində rəhbər vəzifələr tutub.

"Bu təyinat bankın inkişafına güclü impuls verəcək və yeni "Brighter Banking" xidmət modelinin inkişafına yardım edəcək. Yeni modelə əsasən, hər bir müştəriyə göstərilən xidmət daha əlçatan, sürətli və parlaq olacaq", - deyə Bank bəyan edib.

Son xəbərlər

Orphus sistemi