"Yelo Bank" ASC ardıcıl ikinci ildir ki, qadın liderliyinə həsr olunmuş regionun ən böyük tədbiri — SHE Congress-ə dəstək olur. Fərqli sferalarda uğurları ilə seçilən 500-dən çox yerli və xarici qadının qatıldığı builki konqresi mövzusu “İndinin gücü: Anı yaşa” (The Power of Now: Live the Moment!) idi. Tədbirdə qadınların biznes və şəxsi inkişaf sahəsində qarşılaşdıqları çağırışların, həll yollarının, şirkətlərin öz fəaliyyətində tətbiq etdiyi uğurlu strategiyaların müzakirəsi aparılıb.
"Yelo Bank" tədbirdə İdarə Heyətinin sədri Anar Həsənov və İdarə Heyətinin sədr müavini Günay Cəlilova ilə təmsil olunub. A.Həsənov çıxışında biznesdə inklüzivliyin vacibliyindən bəhs edərək dünyada və ölkəmizdə mövcud vəziyyəti dəyərləndirib. Daha sonra G.Cəlilova ilə birlikdə “Azerbaijan Business Women” təşkilatının təsisçisi Tatyana Mikayılovanın moderatorluğu ilə keçirilən panel müzakirədə iştirak ediblər. Onlar öz çıxışlarında rəhbər rollarında, xüsusilə maliyyə sektorunda qadın təmsilçilərin kifayət qədər təmsil olunmamasından söz açıblar. Paneldə şirkətlərin fəaliyyətində müxtəlifliyin vacib rolu və bizneslərdə inklüziv mühiti inkişaf etdirmək üçün istifadə edilə biləcək strategiyalar vurğulanıb.
Tədbir fərqli çıxışlar, uğur hekayələri və ilhamverici panel müzakirələri ilə davam edib. İştirakçılar fikir mübadiləsi aparmaq, ən yaxşı təcrübələri öyrənmək, həmçinin faydalı əlaqələr qurmaq imkanı də əldə ediblər. Bütün bunlarla yanaşı, tədbir sürpriz hədiyyələri ilə də yadda qalıb. Təsadüfi seçimlə müəyyən edilmiş şanslı iştirakçılar "Yelo Bank"dan "iPhone 15" və "Yelo Infinite" kartını qazanıblar.
Korporativ Sosial Məsuliyyət strategiyası çərçivəsində "Yelo Bank" bərabərliyə, müxtəlifliyə və inklüzivliyə dəyər verilən gələcəyi dəstəkləyir. Qadınların səlahiyyətlərinin genişləndirilməsinin daha güclü iqtisadiyyata və daha sağlam cəmiyyətə gətirib çıxaracağına inanan Yelo Bank sonrakı fəaliyyətində də SHE Congress kimi təşəbbüsləri dəstəkləməyə davam edəcək.
"Yelo Bank"dan
"Yelo Bank" – Parlaq bankçılıq!