“Yelo Bank”dan yeni onlayn növbə xidməti

“Yelo Bank”dan yeni onlayn növbə xidməti İşimizdə rəqəmsal həllər tətbiq etməklə müştərilərimizin bank təcrübələrini yaxşılaşdırmaq üçün durmadan çalışırıq. Onların rahatlığını düşünərək və pandemiya şəraitini nəzərə alaraq yeni onlayn növbə xidmətini istifadəyə veririk.
Maliyyə
291
12 Yanvar , 2021 15:39
“Yelo Bank”dan yeni onlayn növbə xidməti

İşimizdə rəqəmsal həllər tətbiq etməklə müştərilərimizin bank təcrübələrini yaxşılaşdırmaq üçün durmadan çalışırıq. Onların rahatlığını düşünərək və pandemiya şəraitini nəzərə alaraq yeni onlayn növbə xidmətini istifadəyə veririk.

Artıq “Yelo Bank” ASC-nin müştəriləri filiallarımıza yaxınlaşmadan öncə onlayn sıra növbəsi götürməklə xidməti almaq istədikləri filialı və onlara uyğun olan vaxtı seçməklə sıra gözləməyib dəyərli vaxtlarına qənaət etmiş olacaqlar.

Xidmətdən istifadə qaydaları çox sadədir. Saytımızda yaradılan xüsusi bölmə vasitəsilə istənilən xidmət növünü, fililalı, gün və saatı seçməklə onlayn sırada yer tutmaq olar. Bununla bağlı müştərinin mobil nömrəsinə və elektron poçtuna təsdiq kodu gəlir. Həmin kodu filiala yaxınlaşdıqda növbə terminalına qeyd etməklə, seçilmiş xidmət sahəsi üzrə ən birinci boş masaya növbə sırası əldə etmək olur.

Qeyd edək ki, onlayn növbə xidməti üçün saytımızda xüsusi bölmə yaradılıb. Xidmətdən yararlanmaq üçün linkdən istifadə edə bilərsiniz - https://bit.ly/yelonovbe

Əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və yaxud "Facebook" və "Instagram" hesablarımıza yazın cavablandıraq!

Son xəbərlər

Orphus sistemi