“Yelo Bank" bu ilin I rübünü mənfəətlə başa vurub

Maliyyə
  • 26 aprel, 2022
  • 09:49
“Yelo Bank bu ilin I rübünü mənfəətlə başa vurub

“Yelo Bank” ASC bu ilin I rübünü 345 min manat mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 93,9% və yaxud 16,4 dəfə azdır.

Yanvar-mart aylarında “Yelo Bank”ın gəlirləri 19,782 milyon manat (illik müqayisədə 37% çox), xərcləri 20,249 milyon manat (50,4% çox), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti isə 811 min manat (5,8 dəfə az) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

Bu il aprelin 1-nə “Yelo Bank”ın aktivləri 678,173 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 69% çoxdur. Bunun 431,41 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 56,6% böyüyüb.

Hesabat dövründə “Yelo Bank”ın öhdəlikləri 79,9% artaraq 608,935 milyon manata, o cümlədən depozit portfeli 96,8 % artaraq 452,317 milyon manata, balans kapitalı isə 10 % artaraq 69,238 milyon manata çatıb.

Xatırladaq ki, "Yelo Bank" 1994-cü ildən fəaliyyət göstərən "Nikoil Bank" ASC-nin bazasında 2019-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 378 milyon manatdır. Bankın səhmlərinin 96%-i “Topaz Investments Limited” QSC-yə, 3,9%-i Marina Kulişovaya (Bankın Müşahidə Şurasının sədri, həm də əsas səhmdarın direktoru), 0,1%-i isə "İSR Holdinq” MMC-yə məxsusdur.

Son xəbərlər

Bütün Xəbər Lenti