“Yelo Bank” 9 ayı mənfəətlə başa vurub
- 26 oktyabr, 2022
- 12:16
Yeniliklərdən dərhal xəbərdar olun!
“Yelo Bank” ASC bu ilin yanvar-sentyabr aylarını 3,244 milyon manat mənfəətlə başa vurub.
"Report" Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 71,5% azdır.
9 ay ərzində “Yelo Bank”ın gəlirləri 70,104 milyon manat (illik müqayisədə 43,6% çox), xərcləri 68,633 milyon manat (45,2% çox), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti isə 1,774 milyon manat (81,9% az) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.
Bu il oktyabrın 1-nə “Yelo Bank”ın aktivləri 795,605 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 60,5% çoxdur. Bunun 540,543 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 51,8% böyüyüb.
Hesabat dövründə “Yelo Bank”ın öhdəlikləri 69,3% artaraq 721,969 milyon manata, o cümlədən depozit portfeli 77,8% artaraq 550,379 milyon manata, balans kapitalı isə 6,3% artaraq 73,636 milyon manata çatıb.