"Yelo Bank" 2021-ə 2 milyon manatdan çox mənfəətlə başlayıb

"Yelo Bank" 2021-ə 2 milyon manatdan çox mənfəətlə başlayıb Bank karantin şərtlərinin yumşalması ilə real sektora dəstəyini bir qədər də gücləndirib
Maliyyə
3 Fevral , 2021 10:22
Yelo Bank 2021-ə 2 milyon manatdan çox mənfəətlə başlayıb

Yeni ilə yeni hədəflərlə başlayan "Yelo Bank" düzgün qurulan strategiyanın ilk bəhrələrini artıq görməyə başlayıb.

"Report" Banka istinadən xəbər verir ki, karantin şərtlərinin yumşalması ilə real sektora dəstəyini bir qədər də gücləndirən "Yelo Bank" yanvar ayını 2,1 mln manat mənfəətlə başa vurub.

Bankın ümumi kredit portfeli də artaraq 312 mln manat təşkil edib. Bu artımda əsas pay biznes kreditlərinin üzərinə düşür.

Belə ki, 2021-ci ilin ilk ayı ərzində bank keçən ilin dekabr ayı ilə müqayisədə 4,6 mln manatdan çox kredit verib.

Bununla yanaşı, əvvəlki dövrlərlə müqayisədə bankın əməliyyat xərclərində də nəzərə çarpan azalma müşahidə olunub.

Yanvar ayının göstəriciləri "Yelo Bank"ı 2021-ci ilə qoyulmuş böyük hədəflərə daha da yaxınlaşdıran ilk uğurlarındandır.

"Yelo Bank" – Parlaq Bankçılıq!

Son xəbərlər

Orphus sistemi