"Yelo Bank" ASC-nin parlaq mobil tətbiqi öz üstünlüklərini artırmağa davam edir. Artıq Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə məxsus "Gallus" və "Zenner" tipli smart kartların balansını "Yelo App" vasitəsilə artırmaq mümkündür. Bu ödəniş üçün smartfonun NFC funksiyasını dəstəkləməsi mütləqdir.
Ödəniş qaydası isə çox sadədir. "Yelo App"də ödənişlər menyusunda "Kommunal"ı seçib, "Azəriqaz Smart Kart" pəncərəsinə daxil olmaq lazımdır. Kartı smartfonun alt hissəsinə tutduqda kartda olan məlumatlar ekranda əks olunur. Burada daxil etmək istədiyin məbləği və ödəniş edəcəyin kartı seçərək əməliyyatın yekunlaşması üçün kartı yenidən smartfona yaxınlaşdırmaq lazımdır. Budur, ödəniş həyata keçdir, vəsait isə dərhal kartın balansına oturur. "Android" smartfonlarda həm "Gallus", həm "Zenner", "iOS" sistemli smartfonlarda isə yalnız "Gallus" kartlarına ödəniş etmək mümkündür.
"Yelo App" ilə bir sıra
Bank xidmətləri haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya
"Yelo Bank" – Parlaq bankçılıq!