"Yaşıl Kart" Sistemi çərçivəsində sığorta haqlarının həcmi 6 dəfə artıb
Maliyyə
- 11 avqust, 2023
- 09:22
Bu ilin yanvar-iyun aylarında "Yaşıl Kart" Sistemi çərçivəsində 29 516 sığorta müqaviləsi rəsmiləşdirilib.
“Report” xəbər verir ki, bu barədə İcbari Sığorta Bürosu (İSB) məlumat yayıb.
Bildirilir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 2,4 dəfə çoxdur.
Hesabat dövründə bu sistem çərçivəsində toplanan sığorta haqlarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 5,8 dəfə artaraq 7 milyon 338,196 min manata çatıb.
Xatırladaq ki, 2016-cı ildən İcbari Sığorta Bürosu Beynəlxalq Bürolar Şurasına üzv olan milli Yaşıl Kart Bürosunun funksiyalarını həyata keçirir. Büro "Yaşıl Kart" Sistemi üzrə əlaqələndirici, ixtisaslaşmış təşkilat kimi fəaliyyət göstərməklə, Beynəlxalq Yaşıl Kart Sistemində Azərbaycanı təmsil edir.
Son xəbərlər
09:07
Azərbaycan Basketbol Liqasının IX turunda bu gün daha iki oyun keçiriləcək
Komanda09:05
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (12.12.2025)
Maliyyə08:59
"Reuters": ABŞ Venesuela nefti daşıyan əlavə tankerləri ələ keçirə bilər
Digər ölkələr08:50
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (12.12.2025)
Maliyyə08:44
"Kyodo": Zəlzələdən sonra Yaponiyanın nüvə obyektlərində heç bir fövqəladə vəziyyət baş verməyib
Digər ölkələr08:31
"Bloomberg": "Qızıl günbəz" ABŞ-yə 1,1 trilyon dollara başa gələcək
Digər ölkələr08:16
Foto
Bakıda bir çox istiqamətlərdə nəqliyyatın sıxlığı müşahidə edilir
Digər07:46
Yaponiyanın Aomori prefekturası yaxınlığında 6,7 bal gücündə zəlzələ baş verib
Digər ölkələr07:33