Yaponiyanın böyüklüyünə görə üçüncü bankı olan “Mizuho”nun işində nasazlıq yaranıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə bankın rəsmi saytında bildirilir.
Qeyd edilir ki, hazırda müştərilər bütün ölkə üzrə filialların operatorları vasitəsilə pul köçürmələri edə bilmirlər. Bununla birlikdə, belə xidmət bankomatlarda və internet bankda mümkündür.
“Mizuho” rəhbərliyi narahatlığa görə üzr istəyib və bütün sistemlərin işini qısa müddətə bərpa etməyə söz verib. Bankda cari ilin martında yaranmış digər nasazlığa görə təxminən 3 min bankomat işini dayandırıb.
“Mizuho” Yaponiyanın ən böyük banklarının ilk üçlüyünə daxildir, onun səhmlərini ümumi məbləği təxminən 193 trilyon ien (təxminən 1,75 trilyon ABŞ dolları-red) təşkil edir.