Yaponiyada indekslərin artımı davam edir

Yaponiyada indekslərin artımı davam edir Yaponiya bazarlarında üç gündür davam edən artım nəticəsində əsas indekslər son 30 ilin ən yüksək həddinə çatıb
Maliyyə
9 Fevral , 2021 20:00
Yaponiyada indekslərin artımı davam edir

Yaponiya bazarlarında üç gündür davam edən artım nəticəsində əsas indekslər son 30 ilin ən yüksək həddinə çatıb.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, Tokio Fond Birjasında (TSE) “Nikkei” indeksi cümə günündən 2,36 faiz artaraq 1990-cı ilin avqust ayından bu yana ən yüksək hədd olan 29.505 bəndə, “Topix” indeksi isə 2,4 faiz artaraq 1991-ci ilin iyun ayından bu yana ən yüksək hədd olan 1.925 bəndə çatıb.

Həmçinin TSE-də qiymətləndirilən şirkətlərin məcmu indeksi də rekord hədd olan 6,75 trilyon ABŞ dollarınadək yüksəlib. O cümlədən “Kobe Steel” cümə günündən 21 faiz, “Nippon Steel” 11,2 faiz, “Softbank” da 10 faiz bahalaşıb.

“Peyvəndlənmənin get-gedə genişlənməsi, gündəlik yoluxmaların azalması iqtisadiyyatda vəziyyətin normaya qayıdacağı ümidlərini də artırır. Bu vəziyyətdə şirkətlərin də gözlədiyimizdən yaxşı nəticə göstərməsi də ümumi ovqata müsbət təsir edir”, - “Credit Suisse Private Banking”in Yaponiyadakı sərmayələr direktoru Soitiro Matsumoto qeyd edib.

Son xəbərlər

Orphus sistemi