Yaponiyanın dövlət fondunun aktivləri bu il 11% azalıb

Yaponiyanın dövlət fondunun aktivləri bu il 11% azalıb Bu ilin I rübündə Yaponiyanın Dövlət Pensiya İnvestisiya Fondunun aktivləri 10,5% və ya 17,7 trilyon yen (165 milyard ABŞ dolları) azalaraq 150,6 trilyon yenə (1 401 milyard ABŞ dolları) düşüb
Maliyyə
3 İyul , 2020 18:03
Yaponiyanın dövlət fondunun aktivləri bu il 11% azalıb

Bu ilin I rübündə Yaponiyanın Dövlət Pensiya İnvestisiya Fondunun aktivləri 10,5% və ya 17,7 trilyon yen (165 milyard ABŞ dolları) azalaraq 150,6 trilyon yenə (1 401 milyard ABŞ dolları) düşüb. 

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, bununla da Fond son 12 ilin ən böyük itkisi ilə üzləşib. 

“Fondun investisiya yatırdığı yerli və xarici səhmlərin ucuzlaşması bu maliyyə ilinin nəticələrinə mənfi təsir edib. Ötən il həm yerli, həm də xarici fond bazarları ABŞ - Çin ticarət müharibəsinə baxmayaraq gəlirli olsa da, bu il koronavirus pandemiyası investorları risk etməkdən çəkinməyə vadar edib" - deyə fondun rəhbəri Masataka Miyazono qeyd edib. 

Son xəbərlər

Orphus sistemi