“Yapı Kredi Bank Azərbaycan" maliyyə vəziyyətini açıqlayıb
- 15 yanvar, 2025
- 05:19
Yeniliklərdən dərhal xəbərdar olun!
“Yapı Kredi Bank Azərbaycan” QSC 2024-cü ili 12,375 milyon manat xalis mənfəətlə başa vurub.
“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü ilə nisbətən 3,1 % çoxdur.
Ötən il “Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri 72,07 milyon manat (illik müqayisədə 22,8 % çox), xərcləri 52,295 milyon manat (21,8 % çox), xüsusi ehtiyatlara ayırmaları 3,514 milyon manat (1 il bundan əvvəl qənaət edib), mənfəət vergisi ödəmələri isə 3,886 milyon manat (7,5 % az) təşkil edib.
Bu il yanvarın 1-nə “Yapı Kredi Bank Azərbaycan”ın aktivləri 730,363 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 41,9 % çoxdur. Bunun 289,753 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 10,6 % böyüyüb.
Hesabat dövründə “Yapı Kredi Bank Azərbaycan”ın öhdəlikləri 48,8 % artaraq 620,417 milyon manata, o cümlədən depozit portfeli 45,8 % artaraq 534,755 milyon manata, balans kapitalı isə 12,2 % artaraq 109,945 milyon manata çatıb.
Xatırladaq ki, "Yapı Kredi Bank Azərbaycan" 1998-ci ildə (əvvəlki "Koçbank (Azərbaycan)", 2007-ci ildə rebrendinq edilib) yaradılıb. Onun nizamnamə kapitalı 55,381 milyon manatdır. Bankın səhmlərinin 99,8 %-i Türkiyənin "Yapı Kredi Bankı"na, 0,01 %-i "Yapı Kredi Yatırım Menkul Değerler" şirkətinə, 0,01 %-i isə "Yapı Kredi Finansal Kiralama" şirkətinə məxsusdur.