“Yapı Kredi Bank Azərbaycan" maliyyə vəziyyətini açıqlayıb
- 11 iyul, 2025
- 09:55
Yeniliklərdən dərhal xəbərdar olun!
“Yapı Kredi Bank Azərbaycan” QSC bu ilin I yarısını 4,881 milyon manat xalis mənfəətlə başa vurub.
“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 11,4 % çoxdur.
Yanvar-iyun aylarında “Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri 36,729 milyon manat (illik müqayisədə 12,4 % çox), xərcləri 28,481 milyon manat (12,7 % çox), xüsusi ehtiyatlara ayırmaları 2,481 milyon manat (73,4 % çox), mənfəət vergisi ödəmələri isə 886 min manat (44,3 % az) təşkil edib.
Bu il iyulun 1-nə “Yapı Kredi Bank Azərbaycan”ın aktivləri 591,908 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 12,4 % çoxdur. Bunun 355,861 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 25 % böyüyüb.
Hesabat dövründə “Yapı Kredi Bank Azərbaycan”ın öhdəlikləri 12 % artaraq 475,394 milyon manat, o cümlədən depozit portfeli 5,1 % artaraq 392,989 milyon manat, balans kapitalı isə 14 % artaraq 116,514 milyon manat olub.
Xatırladaq ki, "Yapı Kredi Bank Azərbaycan" 1998-ci ildə (əvvəlki "Koçbank (Azərbaycan)", 2007-ci ildə rebrendinq edilib) yaradılıb. Onun nizamnamə kapitalı 55,381 milyon manatdır. Bankın səhmlərinin 99,8 %-i Türkiyənin "Yapı Kredi Bankı"na, 0,01 %-i "Yapı Kredi Yatırım Menkul Değerler" şirkətinə, 0,01 %-i isə "Yapı Kredi Finansal Kiralama" şirkətinə məxsusdur.