“Yapı Kredi Bank Azərbaycan" maliyyə vəziyyətini açıqlayıb

Maliyyə
  • 24 iyul, 2023
  • 06:41
“Yapı Kredi Bank Azərbaycan maliyyə vəziyyətini açıqlayıb

“Yapı Kredi Bank Azərbaycan” QSC bu ilin I yarısını 3,604 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 2,65 dəfə çoxdur.

Yanvar-iyun aylarında “Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri 26,457 milyon manat (illik müqayisədə 29 % çox), xərcləri 19,345 milyon manat (20,8 % çox), xüsusi ehtiyatlara ayırmaları 2,277 manat (8,1 % az), mənfəət vergisi ödəmələri isə 1,231 milyon manat (89,7 % çox) təşkil edib.

Bu il iyulun 1-nə “Yapı Kredi Bank Azərbaycan”ın aktivləri 429,85 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 12 % çoxdur. Bunun 214,98 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 17,5 % böyüyüb.

Hesabat dövründə “Yapı Kredi Bank Azərbaycan”ın öhdəlikləri 13,8 % artaraq 341,314 milyon manata, o cümlədən depozit portfeli 12,1 % artaraq 303,204 milyon manata, balans kapitalı isə 5,5 % artaraq 88,536 milyon manata çatıb.

Xatırladaq ki, "Yapı Kredi Bank Azərbaycan" 1998-ci ildə (əvvəlki "Koçbank (Azərbaycan)", 2007-ci ildə rebrendinq edilib) yaradılıb. Onun nizamnamə kapitalı 55,381 milyon manatdır. Bankın səhmlərinin 99,8 %-i Türkiyənin "Yapı Kredi Bankı"na, 0,01 %-i "Yapı Kredi Yatırım Menkul Değerler" şirkətinə, 0,01 %-i isə "Yapı Kredi Finansal Kiralama" şirkətinə məxsusdur.