“Yapı Kredi Bank Azərbaycan"ın xalis mənfəəti 18 %-ə yaxın azalıb

Maliyyə
  • 15 oktyabr, 2024
  • 05:42
“Yapı Kredi Bank Azərbaycanın xalis mənfəəti 18 %-ə yaxın azalıb

“Yapı Kredi Bank Azərbaycan” QSC bu ilin yanvar-sentyabr aylarını 8,303 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 17,7 % azdır.

9 ay ərzində “Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri 50,993 milyon manat (illik müqayisədə 16,9 % çox), xərcləri 38,33 milyon manat (31,1 % çox), xüsusi ehtiyatlara ayırmaları 1,931 milyon manat (47,4 % çox), mənfəət vergisi ödəmələri isə 2,429 milyon manat (18 % az) təşkil edib.

Bu il oktyabrın 1-nə “Yapı Kredi Bank Azərbaycan”ın aktivləri 570,811 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 23,9 % çoxdur. Bunun 295,983 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 31,2 % böyüyüb.

Hesabat dövründə “Yapı Kredi Bank Azərbaycan”ın öhdəlikləri 26,9 % artaraq 464,172 milyon manata, o cümlədən depozit portfeli 23,6 % artaraq 403,269 milyon manata, balans kapitalı isə 12,4 % artaraq 106,638 milyon manata çatıb.

Xatırladaq ki, "Yapı Kredi Bank Azərbaycan" 1998-ci ildə (əvvəlki "Koçbank (Azərbaycan)", 2007-ci ildə rebrendinq edilib) yaradılıb. Onun nizamnamə kapitalı 55,381 milyon manatdır. Bankın səhmlərinin 99,8 %-i Türkiyənin "Yapı Kredi Bankı"na, 0,01 %-i "Yapı Kredi Yatırım Menkul Değerler" şirkətinə, 0,01 %-i isə "Yapı Kredi Finansal Kiralama" şirkətinə məxsusdur.

Son xəbərlər

Bütün Xəbər Lenti