“Yapı Kredi Bank Azərbaycan"da problemli kreditlərin xüsusi çəkisi 33%-ə çatıb

“Yapı Kredi Bank Azərbaycan"da problemli kreditlərin xüsusi çəkisi 33%-ə çatıb Bakı. 19 iyul. REPORT.AZ/ “Yapı Kredi Bank Azərbaycan QSC-nin aktivləri illik 21,5% azalaraq 2018-ci il iyulun 1-nə 406 825 min manat təşkil edib.
Maliyyə
824
20 İyul , 2018 15:53
“Yapı Kredi Bank Azərbaycanda problemli kreditlərin xüsusi çəkisi 33%-ə çatıb
Report
0 : 00
0 : 00

Bakı. 19 iyul. REPORT.AZ/ “Yapı Kredi Bank Azərbaycan" QSC-nin aktivləri illik 21,5% azalaraq 2018-ci il iyulun 1-nə 406 825 min manat təşkil edib.

“Report” bu barədə bankın yarımillik maliyyə hesabatına istinadən xəbər verir.

Bu müddətdə bankın kredit portfeli illik 8,1% azalaraq birinci yarımilin sonuna 161 262 min manata düşüb. Kredit portfelinin 53 190 min manat və ya 33,0%-nin vaxtı keçib. Qeyd edək ki, ötən ilin müvafiq dövründə problemli kreditlərin portfeldə xüsusi çəkisi 29,9% olub.

Bu il iyulun 1-nə bankın cəmi öhdəlikləri 332 467 min manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 27,7% azdır. Bu müddətdə depozit portfeli də 19% azalaraq 307 239 min manata enib. 2018-ci il aprelin 1-nə əsasən Azərbaycan Mərkəzi Bankının banka qarşı tələbi yoxdur.

2018-ci il iyulun 1-nə bankın nizamnamə kapitalı 55 381 min manat, cəmi kapitalı 74 359 min manat olub.

Birinci yarımildə bank 1 401 min manat xalis mənfəət əldə edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,4 dəfə azalma deməkdir.

Yanvar-iyun ayları ərzində bankın faiz gəlirləri 16 926 min manat, faiz xərcləri 2 962 min manat, qeyri-faiz gəliri 8 493 min manat, qeyri-faiz xərci 15 091 min manat təşkil edib. 

Son xəbərlər

Orphus sistemi