“AzRe Təkrarsığorta”nın səhmdarlarının yığıncağı keçiriləcək

“AzRe Təkrarsığorta”nın səhmdarlarının yığıncağı keçiriləcək 2020-ci il yanvarın 28-də “AzRe Təkrarsığorta” ASC-nin səhmdarlarının iclası keçiriləcək.
Maliyyə
28 Dekabr , 2019 10:35
“AzRe Təkrarsığorta”nın səhmdarlarının yığıncağı keçiriləcək

2020-ci il yanvarın 28-də “AzRe Təkrarsığorta” ASC-nin səhmdarlarının iclası keçiriləcək. 

“Report” xəbər verir ki, bu barədə qurumun Direktorlar Şurası dekabrın 27-də qərar qəbul edib.

Yığıncağın gündəliyinə 2019-cu ilin ilkin maliyyə hesabatının, Cəmiyyətin keçmiş illər üzrə bölüşdürülməmiş mənfəətinin və digər məsələlərin müzakirəsi daxildir.

Səsvermə hüququna malik olan səhmdarların yekdil razılığı ilə səhmdarların ümumi yığıncağı gündəliyə daxil edilməmiş məsələləri də müzakirə edə və onlara dair qərarlar qəbul edə bilər.

Səhmdarların toplantısı qurumun Bakı şəhəri, A.Bakıxanov küçəsində, 6 ünvanında yerləşən “Bridge Plaza”nın 8-ci mərtəbəsində yerləşən ofisində keçiriləcək.

Xatırladaq ki, "AzRe Təkrarsığorta" 2007-ci ildə yaradılıb, ölkənin yeganə təkrarsığorta şirkətidir. Onun nizamnamə kapitalı 50 mln manatdır. Şirkətin səhmləri adları açıqlanmayan 6 fiziki şəxsə məxsusdur. “AzRe Təkrarsığorta” "Qala Sığorta" ASC-nin 100%-lik, "Qala Həyat Sığorta" ASC-nin isə 91,11%-lik səhmdarıdır.

Son xəbərlər

Orphus sistemi