Bakı. 11 dekabr. REPORT.AZ/ Cari ilin oktyabr ayında Azərbaycanın Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi (XÖHKS) ilə 1,325 mlrd. manat həcmində 2,444 mln. əməliyyat həyata keçirilib.
“Report”un Mərkəzi Bankın hesabatına istinadən verdiyi xəbərə görə, bu, illik müqayisədə müvafiq olaraq 3,7% və 5,7% çoxdur.
Əvvəlki ayla müqayisədə isə əməliyyatların həcmində 8,6%, sayında isə 1,2% artım müşahidə olunub.
Qeyd edək ki, oktyabrda XÖHKS vasitəsi ilə aparılan bir ödənişin orta məbləği ötən ilin eyni dövrü ilə müqayisədə 1,9% azalaraq 542 manat təşkil edib. Bu göstərici aylıq müqayisədə isə 7,3% artıb.