“Xəzər-Lada”nın xalis mənfəəti 13 % azalıb

Maliyyə
  • 23 may, 2023
  • 04:50
“Xəzər-Lada”nın xalis mənfəəti 13 % azalıb

“Xəzər-Lada” ASC 2022-ci ili 440 min manat xalis mənfəətlə başa vurub.

“Report” səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci ilə nisbətən 12,7 % azdır.

Ötən il “Xəzər-Lada”nın vergiyəqədərki mənfəəti 550 min manat (əvvəlki illə müqayisədə 12,6 % az), mənfəət vergisi ödəmələri isə 110 min manat (12,7 % az) təşkil edib.

Bu il yanvarın 1-nə “Xəzər-Lada”nın aktivləri 13,389 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 5 % azdır. Hesabat dövründə “Xəzər-Lada”nın öhdəlikləri 15,9 % azalaraq 3,806 milyon manata düşüb, balans kapitalı isə 0,1 % artaraq 9,583 milyon manata çatıb.

Xatırladaq ki, "Xəzər-Lada" şirkəti 2014-cü ildə yaradılıb, Rusiyanın "Avto-VAZ" şirkətinin istehsal etdiyi avtomobillərin Azərbaycanda satışı ilə məşğuldur. Onun nizamnamə kapitalı 445,8 min manatdır. Şirkətin səhmlərinin 30 %-i Aleksandr Nikiforova, 29,8 %-i Lyudmila Nazarenkoya, 19,4 %-i Fəxrəddin Qasımzadəyə ("Xəzər-Lada"nın hazırkı prezidenti), 12,6 %-i Naməddin Qasımzadəyə, 8,2 %-i 147 fiziki şəxsə məxsusdur.