“Xəzər-Lada”nın öhdəlikləri 2,3 dəfə artıb
- 25 may, 2024
- 05:27
Yeniliklərdən dərhal xəbərdar olun!
“Xəzər-Lada” ASC 2023-cü ili 200 min manat xalis mənfəətlə başa vurub.
“Report” xəbər verir ki, bu, 2022-ci ilə nisbətən 2,2 dəfə azdır.
Ötən il “Xəzər-Lada”nın vergiyəqədərki mənfəəti 250 min manat (əvvəlki illə müqayisədə 2,2 dəfə az), mənfəət vergisi ödəmələri isə 50 min manat (2,2 dəfə az) təşkil edib.
Bu il yanvarın 1-nə “Xəzər-Lada”nın aktivləri 12,445 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 7,1 % azdır. Hesabat dövründə “Xəzər-Lada”nın öhdəlikləri 2,3 dəfə artaraq 8,783 milyon manata, balans kapitalı isə 2,1 % artaraq 9,783 milyon manata çatıb.
Xatırladaq ki, "Xəzər-Lada" şirkəti 2014-cü ildə yaradılıb, Rusiyanın "Avto-VAZ" şirkətinin istehsal etdiyi avtomobillərin Azərbaycanda satışı ilə məşğuldur. Onun nizamnamə kapitalı 445,8 min manatdır. Şirkətin səhmlərinin 30 %-i Aleksandr Nikiforova, 29,8 %-i Lyudmila Nazarenkoya, 19,4 %-i Fəxrəddin Qasımzadəyə ("Xəzər-Lada"nın hazırkı prezidenti), 12,6 %-i Naməddin Qasımzadəyə, 8,2 %-i 147 fiziki şəxsə məxsusdur.