“Xəzər-Lada”nın maliyyə hesabatı açıqlanıb

Maliyyə
  • 23 aprel, 2022
  • 05:41
“Xəzər-Lada”nın maliyyə hesabatı açıqlanıb

“Xəzər-Lada” ASC-nin 2021-ci ili 504 min manat xalis mənfəətlə başa vurub.

“Report” səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2020-ci ilə nisbətən 28,9 % çoxdur.

Ötən il “Xəzər-Lada”nın vergiyəqədərki mənfəəti 629 min manat (əvvəlki illə müqayisədə 29,4 % çox), mənfəət vergisi ödəmələri isə 126 min manat (29,9 % çox) təşkil edib.

Bu il yanvarın 1-nə “Xəzər-Lada”nın aktivləri 14,1 milyon manat olub ki, bu da illik müqayisədə 11,7 % azdır. Hesabat dövründə “Xəzər-Lada”nın öhdəlikləri 21 % azalaraq 4,527 milyon manata, balans kapitalı isə 6,5 % azalaraq 9,573 milyon manata çatıb.

Xatırladaq ki, "Xəzər-Lada" şirkəti 2014-cü ildə yaradılıb, Rusiyanın "Avto-VAZ" şirkətinin istehsal etdiyi avtomobillərin Azərbaycanda satışı ilə məşğuldur. Onun nizamnamə kapitalı 445,8 min manatdır. Şirkətin səhmlərinin 30 %-i Aleksandr Nikiforova, 29,8 %-i Lyudmila Nazarenkoya, 19,4 %-i Fəxrəddin Qasımzadəyə ("Xəzər-Lada"nın hazırkı prezidenti), 12,6 %-i Naməddin Qasımzadəyə, 8,2 %-i 147 fiziki şəxsə məxsusdur.

44 filmi