“Xəzər Kredit İttifaqı”nın xalis mənfəəti 59 % artıb
- 13 may, 2022
- 05:42
Yeniliklərdən dərhal xəbərdar olun!
“Xəzər Kredit İttifaqı” DKT 2021-ci ili 28 min manat xalis mənfəətlə başa vurub.
“Report” xəbər verir ki, bu, 2020-ci ilə nisbətən təxminən 59% çoxdur.
Ötən il “Xəzər Kredit İttifaqı”nın əməliyyat gəlirləri 100 min manat (əvvəlki illə müqayisədə təxminən 20 % çox), əməliyyat xərcləri 61 min manat (təxminən 13% çox), xüsusi ehtiyatlara ayırmaları 3 min manat (2,4 dəfə az), mənfəət vergisi ödəmələri isə 8 min manat (təxminən 4,8 dəfə çox) təşkil edib.
Bu il yanvarın 1-nə “Xəzər Kredit İttifaqı”nın aktivləri 961 min manat olub ki, bu da 1 il əvvələ nisbətən 11,5 % azdır. Bunun 849 min manatı üzvlərə verilmiş kreditlərdir. 2021-ci ildə kredit ittifaqının borc portfeli 16,3 % kiçilib.
Hesabat dövründə kredit təşkilatının öhdəlikləri 17,4 % azalaraq 267 min manata, balans kapitalı isə 9% azalaraq 694 min manata düşüb.
Xatırladaq ki, “Xəzər Kredit İttifaqı” 1999-cu ildə yaradılıb, Lənkəranda fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 190 min manatdır.