“Xəzər Kredit İttifaqı”nın xalis mənfəəti 4 % azalıb

Maliyyə
  • 08 may, 2023
  • 05:16
“Xəzər Kredit İttifaqı”nın xalis mənfəəti 4 % azalıb

“Xəzər Kredit İttifaqı” DKT 2022-ci ili 27 min manat xalis mənfəətlə başa vurub.

“Report” qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci ilə nisbətən təxminən 4 % azdır.

Ötən il “Xəzər Kredit İttifaqı”nın əməliyyat gəlirləri 115 min manat (əvvəlki illə müqayisədə təxminən 15% çox), əməliyyat xərcləri 78 min manat (təxminən 28% çox), xüsusi ehtiyatlara ayırmaları 2 min manat (təxminən 15 % az), mənfəət vergisi ödəmələri isə 7 min manat (təxminən 14 % az) təşkil edib.

Bu il yanvarın 1-nə “Xəzər Kredit İttifaqı”nın aktivləri 999 min manat olub ki, bu da 1 il əvvələ nisbətən 4 % çoxdur. Bunun 982 min manatı üzvlərə verilmiş kreditlərdir. 2022-ci ildə kredit ittifaqının borc portfeli 15,7 % böyüyüb.

Hesabat dövründə kredit təşkilatının öhdəlikləri 74,9 % artaraq 467 min manata çatıb, balans kapitalı isə 23,35 % azalaraq 533 min manata, o cümlədən nizamnamə kapitalı 65 % azalaraq 67 min manata düşüb.

Xatırladaq ki, “Xəzər Kredit İttifaqı” 1999-cu ildə yaradılıb, Lənkəranda fəaliyyət göstərir.

44 - Tezliklə