“Xəzər Beynəlxalq İnvestisiya Şirkəti”nin zərəri 4 dəfədən çox azalıb

“Xəzər Beynəlxalq İnvestisiya Şirkəti”nin zərəri 4 dəfədən çox azalıb “Xəzər Beynəlxalq İnvestisiya Şirkəti” QSC 2023-cü 557 min manat xalis zərərlə başa vurub.
Maliyyə
9 Sentyabr , 2024 17:37
“Xəzər Beynəlxalq İnvestisiya Şirkəti”nin zərəri 4 dəfədən çox azalıb

“Xəzər Beynəlxalq İnvestisiya Şirkəti” QSC 2023-cü 557 min manat xalis zərərlə başa vurub.

“Report” səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 4,3 dəfə azdır.

Ötən il “Xəzər Beynəlxalq İnvestisiya Şirkəti”nin vergiyəqədərki zərəri 264 min manat (əvvəlki ilə nisbətən 11,1 dəfə az), mənfəət vergisi ödəmələri isə 293 min manat (əvvəlki il qənaət edib) təşkil edib.

Bu il yanvarın 1-nə “Xəzər Beynəlxalq İnvestisiya Şirkəti”nin aktivləri 20,558 milyon manat olub ki, bu da illik müqayisədə 12,5 % azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 7,2 dəfə artaraq 1,194 milyon manat, balans kapitalı isə 17 % azalaraq 19,364 milyon manat, o cümlədən nizamnamə kapitalı 11 % azalaraq 27,601 milyon manat olub.

“Xəzər Beynəlxalq İnvestisiya Şirkəti” 2008-ci ildə yaradılıb. Hazırda onun nizamnamə kapitalı 24,201 milyon manatdır. Şirkətin səhmdarları 28 % payla İslam İnkişaf Bankı, 24 % payla İqtisadiyyat Nazirliyinə məxsus “Azərbaycan İnvestisiya Şirkəti” ASC, 18 % payla Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası, 16 % payla “Al Ahmar Group for Trading, Industrial & General Agencies” və 14 % payla “Saham Holding Company”dir.

Son xəbərlər

Orphus sistemi