Xaricilər sentyabrda Azərbaycanda bank kartı ilə 26 mln manat pul xərcləyib

Xaricilər sentyabrda Azərbaycanda bank kartı ilə 26 mln manat pul xərcləyib Koronavirus (COVID-19) pandemiyası digər ölkələrdə olduğu kimi, Azərbaycanda da turizm sektoruna təsirsiz ötüşməyib, mart ayından başlayaraq bu sahədə azalmaya səbəb olub.
Maliyyə
479
3 Noyabr , 2020 12:07
Xaricilər sentyabrda Azərbaycanda bank kartı ilə 26 mln manat pul xərcləyib

Koronavirus (COVID-19) pandemiyası digər ölkələrdə olduğu kimi, Azərbaycanda da turizm sektoruna təsirsiz ötüşməyib, mart ayından başlayaraq bu sahədə azalmaya səbəb olub.

"Report" xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı "İxrac icmalı"nda bildirilir.

Sənəddə həmçinin deyilir ki, bu ilin sentyabr ayında xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların dəyəri 25,9 milyon manat təşkil edib. 2020-ci ilin yanvar-sentyabr aylarında isə əcnəbilər bank kartları vasitəsi ilə 354,2 milyon manatlıq əməliyyat aparıb.

Son xəbərlər

Orphus sistemi