Xarici valyuta və qiymətli kağızların alqı-satqısı Mərkəzi Bankın müəyyən etdiyi qaydada tənzimlənməyəcək

Xarici valyuta və qiymətli kağızların alqı-satqısı Mərkəzi Bankın müəyyən etdiyi qaydada tənzimlənməyəcək Alqı-satqı müvafiq qanunlarla tənzimlənəcək
Maliyyə
10 Fevral , 2018 00:53
Xarici valyuta və qiymətli kağızların alqı-satqısı Mərkəzi Bankın müəyyən etdiyi qaydada tənzimlənməyəcək

Bakı. 10 fevral. REPORT.AZ/ Nazirlər Kabineti “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nda dəyişiklik edib.

“Report” xəbər verir ki, bu barədə qərarı Baş nazir Artur Rasi-zadə imzalayıb.

Qərara görə, “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın 5.5-ci bəndindən “Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qaydada və” sözləri çıxarılıb.

İndi xarici valyutanın və qiymətli kağızların (səhmlər, istiqrazlar, dövlət özəlləşdirmə çekləri və s.) alqı-satqısı müvafiq qanunlarla tənzimlənəcək.

Son xəbərlər

Orphus sistemi