Xaricdəki onlayn işlərdən gəlirlərin Azərbaycanda vergidən azad edilməsi təklif olunur

Xaricdəki onlayn işlərdən gəlirlərin Azərbaycanda vergidən azad edilməsi təklif olunur Azərbaycanın əmək qanunvericiliyində onlayn işləmək kimi anlayış yoxdur.
Maliyyə
9 Fevral , 2023 12:39
Xaricdəki onlayn işlərdən gəlirlərin Azərbaycanda vergidən azad edilməsi təklif olunur

Azərbaycanın əmək qanunvericiliyində onlayn işləmək kimi anlayış yoxdur.

"Report"un məlumatına görə, bunu Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bu gün keçirilən komitənin iclasında bildirib.

"Bu olmadığı üçün əgər kimsə bundan gəlir əldə edirsə, o işçi sayılmır və fiziki şəxsin qazandığı gəlirlərə daxil olur. Mən azərbaycanlıların xaricdə onlayn işlərdə işləyib gəlir əldə etməsinə qarşı deyiləm. Əksinə, bu stimullaşdırılmalıdır", - deyə komitə sədri bildirib.

Onun sözlərinə görə, ancaq Azərbaycan qanunvericiliyinə görə onların bank hesabına gələn məbləğlər gəlir vergisinə və mənfəət vergisinə cəlb oluna bilər: "Lakin Avropa ölkələrinin çoxunda bu gəlirlər vergidən azaddır. Dövlət vətəndaşına deyir ki, əgər burada yaşayırsansa, öz əməyini xaricə satıb qazandığın gəlirləri ölkənə gətirirsənsə, 10 il müddətinə vergilərdən azadsan. Düşünürəm ki, bu məsələlərdə biz də vətəndaşlarımızı motivasiya etməliyik".

T. Mirkişili bildirib ki, bu gəlirlərin ölkəmizə gəlməsi gəlirlərdən tutulan vergidən daha önəmlidir.

Son xəbərlər

Orphus sistemi