"Xalq Sığorta" ASC-nin İdarə Heyətinin sədri (İH) Raman Kurbanau vəzifəsindən azad edilib.
"Report" xəbər verir ki, şirkətə rəhbərlik Roman Vəliyevə həvalə olunub.
O, indiyə qədər "Xalq Həyat Sığorta" ASC-nin İH-nin sədri olub. R.Vəliyevin yerinə isə müvəqqəti olaraq onun müavini İsmayıl Əliyev gətirilib.
Xatırladaq ki, "Xalq Sığorta" 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 58,75 milyon manatdır. Şirkətin səhmlərinin 50%-i "İdeal Business Co." MMC-yə, 50%-i isə "Euro Standard" MMC-yə ("Xalq Bank" ASC-nin 33,85%-lik səhmdarı, "Bank Avrasiya" ASC-nin 37,5%-lik səhmdarı) məxsusdur.
"Xalq Həyat Sığorta" isə 2018-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 15 milyon manatdır. Şirkətin səhmləri 100% "Xalq Sığorta"ya məxsusdur.