“Xalq Sığorta”nın aktivləri 4% artıb

“Xalq Sığorta”nın aktivləri 4% artıb Bakı. 26 yanvar. REPORT.AZ/ “Xalq Sığorta” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 54,139 mln. manat təşkil edib. “Report” Şirkətin maliyyə hesa...
Maliyyə
26 Yanvar , 2017 16:38
“Xalq Sığorta”nın aktivləri 4% artıb

Bakı. 26 yanvar. REPORT.AZ/ “Xalq Sığorta” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 54,139 mln. manat təşkil edib. “Report” Şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 4,1% çoxdur.

“Xalq Sığorta”nın aktivlərinin 87,6%-ni və yaxud 47,439 mln. manatını qısamüddətli, 12,2%-ni və yaxud 6,7 mln. manatını isə uzunmüddətli aktivlər təşkil edib. Ötən il Şirkətin qısamüddətli aktivlərində 6,3% azalma olduğu halda uzunmüddətli aktivlərində 4,9 dəfə artım qeydə alınıb.

Hesabat dövründə “Xalq Sığorta”nın cəmi öhdəlikləri 25,5% azalaraq 9,381 mln. manata düşüb. Uzunmüddətli öhdəliklər 25,5% azalaraq 9,365 mln. manat, qısamüddətli öhdəliklər isə təxminən 36% azalaraq 16 min manat olub.

Şirkətin cəmi kapitalı 13,5% artaraq 44,759 mln. manata, o cümlədən nizamnamə kapitalı 21,1% artaraq 39,389 mln. manata çatıb.

2016-cı ildə “Xalq Sığorta”nın cəmi gəlirləri 18,3% azalaraq 18,257 mln. manat, cəmi xərcləri isə 15,9% azalaraq 11,584 mln. manat təşkil edib. Beləliklə, Şirkətin maliyyə mənfəəti 6,573 mln. manat olub ki, bu da 2015-ci ilə nisbətən 22,2% azdır.

“Xalq Sığorta” 1,339 mln. manat mənfəət vergisi ödəyib və ötən ili 5,334 mln. manat xalis mənfəətlə başa vurub.

Xatırladaq ki, "Xalq Sığorta" 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 39 388 700 manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 5,33 manat olan 7,39 mln. səhm əsasında formalaşıb. Səhmlərin 50%-i "İdeal Business Co." MMC-yə, 50%-i isə "Euro Standard" MMC-yə ("Xalq Bank" ASC-nin 33,85%-lik səhmdarı, "Bank Avrasiya" ASC-nin 37,5%-lik səhmdarı) məxsusdur.

Son xəbərlər

Orphus sistemi