“Xalq Kapital İnvestisiya Şirkəti”nin xalis mənfəəti 57 % azalıb
- 18 may, 2023
- 08:03
Yeniliklərdən dərhal xəbərdar olun!
“Xalq Kapital İnvestisiya Şirkəti” QSC 2022-ci ili 49 min manat xalis mənfəətlə başa vurub.
“Report” qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 57,4 % azdır.
Ötən il “Xalq Kapital"ın vergiyəqədərki mənfəəti 59 min manat (57,6 % az), mənfəət vergisi ödəmələri isə 9 min manat (64 % az) təşkil edib.
Bu il yanvarın 1-nə “Xalq Kapital"ın aktivləri 940 min manat olub ki, bu da illik müqayisədə 2,2 % çoxdur. Hesabat dövründə investisiya şrkətinin öhdəlikləri 53,6 % azalaraq 26 min manata düşüb, balans kapitalı isə 5,7 % artaraq 914 min manata çatıb.
Xatırladaq ki, “Xalq Kapital” 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 420 min manatdır. İnvestisiya şirkətinin səhmdarı 100% “Xalq Bank” ASC-dir.