“Xalq Kapital İnvestisiya Şirkəti”nin xalis mənfəəti 2 dəfə artıb
- 24 may, 2022
- 11:11
“Xalq Kapital İnvestisiya Şirkəti” QSC 2021-ci ili 115 min manat xalis mənfəətlə başa vurub.
“Report” qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2020-ci illə müqayisədə 98,3 % və yaxud təxminən 2 dəfə çoxdur.
Ötən il “Xalq Kapital"ın vergiyəqədərki mənfəəti 139 min manat (87,8 % çox), mənfəət vergisi ödəmələri isə 25 min manat (66,7% çox) təşkil edib.
Bu il yanvarın 1-nə “Xalq Kapital"ın aktivləri 920 min manat olub ki, bu da illik müqayisədə 33,7 % çoxdur. Hesabat dövründə investisiya şrkətinin öhdəlikləri 2,55 dəfə artaraq 56 min manata, balans kapitalı isə 29,9 % artaraq 865 min manata çatıb.
Xatırladaq ki, “Xalq Kapital” 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 420 min manatdır. İnvestisiya şirkətinin səhmdarı 100% “Xalq Bank” ASC-dir.