“Xalq Kapital İnvestisiya Şirkəti" maliyyə vəziyyətini açıqlayıb
- 13 iyun, 2025
- 15:22
Yeniliklərdən dərhal xəbərdar olun!
“Xalq Kapital İnvestisiya Şirkəti” QSC 2024-cü ili 35 min manat xalis zərərlə başa vurub. Halbuki, qurum 2023-cü ildən 62 min manat xalis mənfəətlə çıxmışdı.
“Report” xəbər verir ki, ötən il “Xalq Kapital"ın vergiyəqədərki zərəri 36 min manat (əvvəlki il mənfəət olub), mənfəət vergisi ödəmələri üzrə qənaəti isə 1 min manat (əvvəlki il vergi ödəyib) təşkil edib.
Bu il yanvarın 1-nə “Xalq Kapital"ın aktivləri 971 min manat olub ki, bu da illik müqayisədə 3,4 % azdır. Hesabat dövründə investisiya şirkətinin öhdəlikləri 3,4 % artaraq 30 min manata çatıb, balans kapitalı isə 3,6 % azalaraq 941 min manata düşüb.
Xatırladaq ki, “Xalq Kapital” 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 420 min manatdır. İnvestisiya şirkətinin səhmdarı 100 % “Xalq Bank” ASC-dir.