“Xalq Kapital İnvestisiya Şirkəti" maliyyə vəziyyətini açıqlayıb

Maliyyə
  • 03 iyun, 2024
  • 06:41
“Xalq Kapital İnvestisiya Şirkəti maliyyə vəziyyətini açıqlayıb

“Xalq Kapital İnvestisiya Şirkəti” QSC 2023-cü ili 62 min manat xalis mənfəətlə başa vurub.

“Report” qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 26,5 % çoxdur.

Ötən il “Xalq Kapital"ın vergiyəqədərki mənfəəti 76 min manat (28,8 % çox), mənfəət vergisi ödəmələri isə 14 min manat (55,6 % çox) təşkil edib.

Bu il yanvarın 1-nə “Xalq Kapital"ın aktivləri 1,005 milyon manat olub ki, bu da illik müqayisədə 6,9 % çoxdur. Hesabat dövründə investisiya şirkətinin öhdəlikləri 11,5 % artaraq 29 min manata, balans kapitalı isə 6,8 % artaraq 976 min manata çatıb.

Xatırladaq ki, “Xalq Kapital” 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 420 min manatdır. İnvestisiya şirkətinin səhmdarı 100% “Xalq Bank” ASC-dir.

44 filmi