"Xalq Həyat Sığorta"nın zərəri 36 dəfə artıb

"Xalq Həyat Sığorta"nın zərəri 36 dəfə artıb Xalq Həyat Sığorta ASC 2019-cu ili 1,109 milyon manat zərərlə başa vurub.
Maliyyə
217
3 Aprel , 2020 18:14
Xalq Həyat Sığortanın zərəri 36 dəfə artıb

"Xalq Həyat Sığorta" ASC 2019-cu ili 1,109 milyon manat zərərlə başa vurub.

"Report" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci ilə nisbətən 36,3 dəfə çoxdur.

Ötən il "Xalq Həyat Sığorta"nın gəlirləri 0,936 milyon manat, xərcləri isə 2,045 milyon manat təşkil edib.

Bu il yanvarın 1-nə “Xalq Həyat Sığorta”nın aktivləri 16,222 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 8,3% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 221,65 dəfə artaraq 2,361 milyon manata çatıb, balans kapitalı isə 7,4% azalaraq 13,861 milyon manata düşüb.

Xatırladaq ki, "Xalq Həyat Sığorta" 2018-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 15 milyon manatdır. Şirkətin səhmləri 100% "Xalq Sığorta" ASC-yə məxsusdur. 

Son xəbərlər

Orphus sistemi