"Xalq Həyat Sığorta"nın xalis mənfəəti 13 %-ə yaxın azalıb

Maliyyə
  • 01 aprel, 2025
  • 17:35
Xalq Həyat Sığortanın xalis mənfəəti 13 %-ə yaxın azalıb

“Xalq Həyat Sığorta" ASC 2024-cü ili 1,728 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 12,8 % azdır.

Ötən il “Xalq Həyat Sığorta"nın gəlirləri 13,109 milyon manat (əvvəlki ilə nisbətən 22,5 % çox), xərcləri 10,855 milyon manat (34,1 % çox), mənfəət vergisi ödəmələri isə 525 min manat (15,4 % az) təşkil edib.

Bu il yanvarın 1-nə “Xalq Həyat Sığorta"nın aktivləri 29,386 milyon manat olub ki, bu da illik müqayisədə 7,2 % azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 2 % artaraq 12,658 milyon manata çatıb, balans kapitalı isə 13,1 % azalaraq 16,728 milyon manata düşüb.

Xatırladaq ki, "Xalq Həyat Sığorta" 2018-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 15 milyon manatdır. Şirkətin səhmləri 100% "Xalq Sığorta" ASC-yə məxsusdur.