"Xalq Həyat Sığorta"nın mənfəəti kəskin artıb

Maliyyə
  • 31 mart, 2022
  • 05:47
Xalq Həyat Sığortanın mənfəəti kəskin artıb

“Xalq Həyat Sığorta" ASC 2021-ci ili 1,392 milyon manat xalis mənfəətlə başa vurub. Halbuki, şirkət 2020-ci ildən 201 min manat mənfəətlə çıxmışdı.

“Report” xəbər verir ki, ötən il “Xalq Həyat Sığorta"nın gəlirləri 5,235 milyon manat (əvvəlki ilə nisbətən 72,7% çox), xərcləri isə 3,686 milyon manat (30,2% çox), mənfəət vergisi ödəmələri isə 157 min manat (əvvəlki il vergi ödəməyib) təşkil edib.

Bu il yanvarın 1-nə “Xalq Həyat Sığorta"nın aktivləri 23,791 milyon manat olub ki, bu da illik müqayisədə 38,6% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 2,7 dəfə artaraq 8,338 milyon manata, balans kapitalı isə 9,9% artaraq 15,453 milyon manata çatıb.

Xatırladaq ki, "Xalq Həyat Sığorta" 2018-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 15 milyon manatdır. Şirkətin səhmləri 100% "Xalq Sığorta" ASC-yə məxsusdur.