"Xalq Bank" yeni filial açıb

"Xalq Bank" yeni filial açıb Bank cari ildə filial şəbəkəsinin genişləndirilməsini davam etdirəcək
Maliyyə
18 Yanvar , 2017 11:34
Xalq Bank yeni filial açıb

Bakı. 18 yanvar. REPORT.AZ/ “Xalq Bank" ASC-nin Tovuz rayonunda (Tovuz şəh., H.Aslanov küçəsi,21) yeni filialı fəaliyyətə başlayıb. 

"Report"a bu barədə Bankdan məlumat verilib.

Yeni filial əhaliyə və kommersiya şirkətlərinə əmanətlər, müxtəlif növ kreditlər, valyuta-mübadilə, plastik kartlar, hesablaşma-kassa və təcili pul köçürmələri üzrə əməliyyatlar da daxil olmaqla tam spektr bank xidmətlərindən yararlanmaq imkanı verir. 

Şəhərin mərkəzində yeni binada yerləşən filial Bankın bölgələrdə fəaliyyət göstərən sayca 20-ci, ümumilikdə isə 28-cı filialıdır.

"Filial şəbəkəsinin inkişafı "Xalq Bank"ın inkişaf strategiyasına əsasən həyata keçirilir. Bank cari ildə filial şəbəkəsinin genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək", - deyə məlumatda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi