“Xalq Bank” maliyyə vəziyyətini açıqlayıb

Maliyyə
  • 17 aprel, 2024
  • 10:39
“Xalq Bank” maliyyə vəziyyətini açıqlayıb
Xalq Bank
Report

“Xalq Bank” ASC bu ilin I rübünü 16,531 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 47,4 % çoxdur.

Yanvar-mart aylarında “Xalq Bank”ın gəlirləri 55,202 milyon manat (illik müqayisədə 29,9 % çox), xərcləri 32,947 milyon manat (47,4 % çox), xüsusi ehtiyatlara ayırmaları 1,939 milyon manat (72,6 % az), mənfəət vergisi ödəmələri isə 3,784 milyon manat (2,1 dəfə çox) təşkil edib.

Bu il aprelin 1-nə “Xalq Bank”ın aktivləri 3 milyard 37,552 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 12,5 % çoxdur. Bunun 1 milyard 755,195 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 1,1 % böyüyüb.

Hesabat dövründə “Xalq Bank”ın öhdəlikləri 16,7 % artaraq 2 milyard 576,167 milyon manata, o cümlədən depozit portfeli 17,1 % artaraq 2 milyard 226,753 milyon manata çatıb, balans kapitalı isə 3,8 % azalaraq 461,385 milyon manata düşüb.

Xatırladaq ki, "Xalq Bank" 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 364,773 milyon manatdır. Bankın səhmlərinin 50%-i "İdeal Business Co." MMC-yə ("Xalq Sığorta" ASC-nin 50%-lik səhmdarı), 33,85 %-i "Euro Standard" MMC-yə ("Xalq Sığorta" ASC-nin 50%-lik səhmdarı), 16,15%-i isə “Foton” MMC-yə məxsusdur.

44 filmi