“Xalq Bank” ləğv prosesində olan müəssisədə iştirak payını artırıb

“Xalq Bank” ləğv prosesində olan müəssisədə iştirak payını artırıb Bakı. 9 aprel. REPORT.AZ/ “Xalq Bank” ASC “Bakı Ayaqqabı-2” ATSC-dəki iştirak payını 98,26%-dən 98,35%-ə çatdırıb.
Maliyyə
9 Aprel , 2018 14:49
“Xalq Bank” ləğv prosesində olan müəssisədə iştirak payını artırıb
Report

Bakı. 9 aprel. REPORT.AZ/ “Xalq Bank” ASC “Bakı Ayaqqabı-2” ATSC-dəki iştirak payını 98,26%-dən 98,35%-ə çatdırıb.

Bu barədə “Report” Bankın illik audit hesabatına istinadən xəbər verir.

Xatırladaq ki, sözügedən ayaqqabı istehsalçısı səhmdar cəmiyyəti kimi 1998-ci ildə təşkil edilib. Ötən il onun ləğv olunmasına qərar verilib. Bu il martın 24-də ləğvetmə prosesinin həyata keçirilməsi üçün nəzərdə tutulmuş müddət başa çatıb. Amma müəssisənin minoritar səhmdarlarına ləğvetmənin yekunları barədə hələ ki, məlumat verilməyib.

Son xəbərlər

Orphus sistemi