“Xalq Bank”ın xalis mənfəəti 40% artıb

Maliyyə
  • 21 oktyabr, 2022
  • 07:31
“Xalq Bank”ın xalis mənfəəti 40% artıb

“Xalq Bank” ASC bu ilin yanvar-sentyabr aylarını 19,926 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 39,9 % çoxdur.

9 ay ərzində “Xalq Bank”ın gəlirləri 95,447 milyon manat (illik müqayisədə 21,5 % çox), xərcləri 61,369 milyon manat (13 % çox), xüsusi ehtiyatlara ayırmaları 9,797 milyon manat (74,1 % çox), gözlənilməz xərcləri 277 min manat (1 il bundan əvvəl gəlir olub), mənfəət vergisi ödəmələri isə 4,079 milyon manat (7,6 % az) təşkil edib.

Bu il oktyabrın 1-nə “Xalq Bank”ın aktivləri 2 599,178 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 17 % çoxdur. Bunun 1 550,145 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 11,5 % böyüyüb.

Hesabat dövründə “Xalq Bank”ın öhdəlikləri 20,1 % artaraq 2 132,898 milyon manata, o cümlədən depozit portfeli 24,7 % artaraq 1 778,545 milyon manata, balans kapitalı isə 4,8 % artaraq 466,279 milyon manata çatıb.

Xatırladaq ki, "Xalq Bank" 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 364,773 milyon manatdır. Bankın səhmlərinin 50%-i "İdeal Business Co." MMC-yə ("Xalq Sığorta" ASC-nin 50%-lik səhmdarı), 33,85 %-i "Euro Standard" MMC-yə ("Xalq Sığorta" ASC-nin 50%-lik səhmdarı), 16,15%-i isə "AMAL Invest Group" MMC-yə məxsusdur.

44 filmi