“Xalq Bank”ın xalis mənfəəti 37% artıb

“Xalq Bank”ın xalis mənfəəti 37% artıb “Xalq Bank” ASC bu ilin yanvar-sentyabr aylarını 24,518 milyon manat xalis mənfəətlə başa vurub.
Maliyyə
24 Oktyabr , 2019 13:17
“Xalq Bank”ın xalis mənfəəti 37% artıb

“Xalq Bank” ASC bu ilin yanvar-sentyabr aylarını 24,518 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 36,5% çoxdur.

9 ay ərzində “Xalq Bank”ın əməliyyat gəlirləri 96,476 milyon manat (illik müqayisədə 12% çox), əməliyyat xərcləri 51,476 milyon manat (7,2% çox), xüsusi ehtiyatlara ayırmaları 15,406 milyon manat (13,6% az), gözlənilməz gəlirləri 206 min manat (6,65 dəfə çox), mənfəət vergisi ödəmələri isə 5,283 milyon manat (2,25 dəfə çox) təşkil edib.

Bu il oktyabrın 1-nə “Xalq Bank”ın aktivləri 2 177,368 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 12,2% çoxdur. Bunun 1 544,921 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 35,4% böyüyüb.

Hesabat dövründə “Xalq Bank”ın öhdəlikləri 6% artaraq 1 768,982 milyon manata, o cümlədən depozit portfeli 18,5% artaraq 1 419,798 milyon manata, balans kapitalı isə 49,7% artaraq 408,387 milyon manata, o cümlədən nizamnamə kapitalı 62,1% artaraq 364,773 milyon manata çatıb.

Xatırladaq ki, "Xalq Bank" 2004-cü ildə yaradılıb. Bankın səhmlərinin 50%-i "İdeal Business Co." MMC-yə ("Xalq Sığorta" ASC-nin 50%-lik səhmdarı), 33,85%-i "Euro Standard" MMC-yə ("Xalq Sığorta" ASC-nin 50%-lik səhmdarı), 16,15%-i isə "AMAL Invest Group" MMC-yə məxsusdur. 

Son xəbərlər

Orphus sistemi