"Xalq Bank"ın depozit portfeli 8 % -ə yaxın azalıb
- 14 oktyabr, 2024
- 13:41
“Xalq Bank” ASC bu ilin yanvar-sentyabr aylarını 54,048 milyon manat xalis mənfəətlə başa vurub.
“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 0,6 % çoxdur.
9 ay ərzində “Xalq Bank”ın gəlirləri 168,581 milyon manat (illik müqayisədə 23,2 % çox), xərcləri 104,777 milyon manat (33,5 % çox), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti 1,602 milyon manat (70,4 % çox), mənfəət vergisi ödəmələri isə 11,358 milyon manat (2,05 dəfə çox) təşkil edib.
Bu il oktyabrın 1-nə “Xalq Bank”ın aktivləri 2 milyard 942,459 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 1,4 % azdır. Bunun 1 milyard 886,534 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 5 % böyüyüb.
Hesabat dövründə “Xalq Bank”ın öhdəlikləri 1,7 % azalaraq 2 milyard 442,085 milyon manata, o cümlədən depozit portfeli 7,5 % azalaraq 1 milyard 980,697 milyon manata, balans kapitalı isə 0,4 % azalaraq 500,375 milyon manata düşüb.
Xatırladaq ki, "Xalq Bank" 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 364,773 milyon manatdır. Bankın səhmlərinin 50%-i "İdeal Business Co." MMC-yə ("Xalq Sığorta" ASC-nin 50%-lik səhmdarı), 33,85 %-i "Euro Standard" MMC-yə ("Xalq Sığorta" ASC-nin 50%-lik səhmdarı), 16,15%-i isə “Foton” MMC-yə məxsusdur.