"Xalq Bank"ın aktivləri 9% artıb

"Xalq Bank"ın aktivləri 9% artıb Bank bu ilin ilk yarısını 2 mln. manata yaxın xalis mənfəətlə başa vurub
Maliyyə
11 Noyabr , 2016 13:48
Xalq Bankın aktivləri 9% artıb

Bakı. 11 noyabr. REPORT.AZ/ "Xalq Bank" ASC-nin cəmi aktivləri 2016-cı il iyulun 1-nə 1 724,856 mln. manat təşkil edib. "Report" Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ilin əvvəli ilə müqayisədə 9,1% çoxdur.

"Xalq Bank"ın aktivlərinin 81,1%-ni və yaxud 1 398,624 mln. manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Bu ilin birinci yarısında Bankın kredit portfeli 8,5% genişlənib.

Hesabat dövründə "Xalq Bank"ın öhdəlikləri 9% artaraq 1 494,262 mln. manat olub. Bunun 76,1%-ni və yaxud 1 136,512 mln. manatını Bankın depozit portfeli, o cümlədən 739,964 mln. manatını əhalinin əmanətləri təşkil edib.

İyulun 1-nə "Xalq Bank"ın Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəlikləri 31,5 mln. manat olub.

Bu ilin ilk 6 ayı ərzində Bankın cəmi kapitalı isə 10,2% artaraq 230,594 mln. manata çatıb.

2016-cı ilin yanvar-iyun aylarında "Xalq Bank"ın faiz gəlirləri 8,578 mln. manat, faiz xərcləri 3,022 mln. manat, qeyri-faiz gəlirləri 5,632 mln. manat, qeyri-faiz xərcləri isə 3,061 mln. manat təşkil edib. Beləliklə, Bankın xalis əməliyyat mənfəəti 8,127 mln. manat olub.

"Xalq Bank" aktivlər üzrə mümkün zərərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 6,294 mln. manat xərcləyib, gözlənilməz fəaliyyət növlərindən və əvvəlki dövr üçün uçotdakı dəyişikliklərdən 7 min manat mənfəət əldə edib. Bununla da, Bank 2016-cı ilin ilk yarısını 1,84 mln. manat xalis mənfəətlə başa vurub.

Xatırladaq ki, "Xalq Bank" 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 211 646 490 manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 58,3 manat olan 3 630 300 səhm əsasında formalaşıb. Səhmlərin 50%-i "İdeal Business Co." MMC-yə ("Xalq Sığorta" ASC-nin 50%-lik səhmdarı), 33,85%-i "Euro Standard" MMC-yə ("Xalq Sığorta" ASC-nin 50%-lik səhmdarı), 16,15%-i isə "AMAL Invest Group" MMC-yə məxsusdur.

Son xəbərlər

Orphus sistemi