“Xalq Bank”ın aktivləri 1 aya 4% artıb

“Xalq Bank”ın aktivləri 1 aya 4% artıb “Xalq Bank” ASC-nin cəmi aktivləri bu il fevralın 1-nə 1 740,714 mln. manat təşkil edib
Maliyyə
23 Fevral , 2017 16:03
“Xalq Bank”ın aktivləri 1 aya 4% artıb

Bakı. 23 fevral. REPORT.AZ/ “Xalq Bank” ASC-nin cəmi aktivləri bu il fevralın 1-nə 1 740,714 mln. manat təşkil edib.

“Report” bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, bu il yanvarın 1-i ilə müqayisədə 4,3% çoxdur.

“Xalq Bank”ın aktivlərinin 1 323,136 mln. manatını və yaxud 76%-ni müştərilərə verilmiş kreditlər təşkil edib. Son 1 ayda bankın kredit portfeli 3,8% böyüyüb.

Ötən ay “Xalq Bank”ın cəmi öhdəlikləri 4,7% artaraq 1 497,866 mln. manata, o cümlədən depozit portfeli 5,2% artaraq 1 156,573 mln. manata, bu portfelin tərkib hissəsi olan əhali əmanətləri (fiziki şəxslərin müddətli depozitləri) isə 5,7% artaraq 737,348 mln. manata çatıb. Bankın Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə cəmi 8 min manat azalaraq 31,492 mln. manata düşüb.

Yanvar ayında “Xalq Bank”ın cəmi kapitalı isə 2,2% artaraq 242,848 mln. manat olub.

Ay ərzində “Xalq Bank”ın faiz gəlirləri 8,905 mln. manat, faiz xərcləri 2,629 mln. manat, qeyri-faiz gəlirləri 11,379 mln. manat, qeyri-faiz xərcləri isə 2,059 mln. manat təşkil edib. Son nəticədə Bankın xalis əməliyyat mənfəəti 15,596 mln. manat olub.

“Xalq Bank” aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 14,065 mln. manat yönəldib və bu ilin yanvar ayını 1,531 mln. manat xalis mənfəətlə başa vurub.

Xatırladaq ki, "Xalq Bank" 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 211 646 490 manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 58,3 manat olan 3 630 300 səhm əsasında formalaşıb. Səhmlərin 50%-i "İdeal Business Co." MMC-yə ("Xalq Sığorta" ASC-nin 50%-lik səhmdarı), 33,85%-i "Euro Standard" MMC-yə ("Xalq Sığorta" ASC-nin 50%-lik səhmdarı), 16,15%-i isə "AMAL Invest Group" MMC-yə məxsusdur.

Son xəbərlər

Orphus sistemi