"Xalq Bank" dollar əmanətlərini ucuzlaşdırıb

"Xalq Bank" dollar əmanətlərini ucuzlaşdırıb Bankın manat və avro ilə əmanət qəbulu şərtlərində isə dəyişiklik yoxdur
Maliyyə
22 Avqust , 2016 13:42
Xalq Bank dollar əmanətlərini ucuzlaşdırıb

Bakı. 22 avqust. REPORT.AZ/ "Xalq Bank" ASC ABŞ dollarında qəbul etdiyi əmanətlərin illik faiz dərəcələrini 1 bənd azaldıb. Bu barədə "Report"a Bankdan bildirilib.

Məlumata görə, hazırda 1 il müddətinə dollarla əmanətlər illik 2%-lə qəbul edilir. Bundan əvvəl isə illik gəlirlilik 3% olub.

Bankın Azərbaycan manatı və avro ilə əmanət qəbulu şərtlərində isə dəyişiklik yoxdur.

Xatırladaq ki, "Xalq Bank" 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 211 646 490 manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 58,3 manat olan 3 630 300 səhm əsasında formalaşıb. Səhmlərin 50%-i "İdeal Business Co." MMC-yə ("Xalq Sığorta" ASC-nin 50%-lik səhmdarı), 33,85%-i "Euro Standard" MMC-yə ("Xalq Sığorta" ASC-nin 50%-lik səhmdarı), 16,15%-i isə "AMAL Invest Group" MMC-yə məxsusdur. 

Son xəbərlər

Orphus sistemi