​WSJ: Neftin tələb-təklifi ilə bağlı səhv hesablamalar "qara qızılın" qiymətinin kəskin artmasına səbəb ola bilər

​WSJ: Neftin tələb-təklifi ilə bağlı səhv hesablamalar "qara qızılın" qiymətinin kəskin artmasına səbəb ola bilər Gündəlik 800 min barel neftin harada olduğu bilinmir
Maliyyə
18 Mart , 2016 14:56
​WSJ: Neftin tələb-təklifi ilə bağlı səhv hesablamalar qara qızılın qiymətinin kəskin artmasına səbəb ola bilər

Bakı. 18 mart. REPORT.AZ/ Gündəlik neft təklifinin tələbi üstələməsi barədə açıqlanan statistikada səhvlər ola bilər. "Report"un "The Wall Street Journal"a(WSJ) istinadən verdiyi xəbərə görə, bu xəbər neft qiymətlərinin kəskin artmasına səbəb ola bilər.

Qeyd edək ki, Beynəlxalq Energetika Agentliyinin(İEA) açıqladığı statistikaya əsasən hazırda neft bazarına 1,9 mln. barel/gün artıq neft daxil olur və bu da neft qiymətlərinin artmasını əngəlləyir. Əslində isə bu miqdarın təxminən yarısı statistik səhv ola bilər, deyə (WSJ) xəbərdarlıq edib. Qəzet qeyd edib ki, təxminən 770 min barel neft hər gün alıcısını tapa bilmir. Bundan başqa 300 min barelə yaxın neft isə boru xətləri ilə nəql olunaraq tankerlərə yüklənir. "O zaman 800 min barel neft hardadır?", deyə WSJ araşdırma aparıb. Ümumiyyətlə bu neft hasil olunur mu?

Britaniyanın "Standard Chartered" transmilli bank və maliyyə xidmətləri verən korporasiyasının analitiki Pol Xorsnell WSJ-ə açıqlamalarında bildirib ki, "Tapılmayan neftin təyinatının olmaması, onun ümumiyyətlə mövcud olmadığını göstərir."

ABŞ-ın Hyuston şəhərində "Tudor, Pickering,Holt & Co" bankının energetika sektoru aktivlərinə investisiyalar üzrə icraçı direktoru Devid Persel (David Pearsell) hesab edir ki, əgər bu həcmdə neft ümumiyyətlə yoxdursa, o zaman neft qiymətləri həddindən çox azalıb və qiymətlərin kəskin artmasını gözləmək olar.

Bəzi neft analitikləri isə hesab edirlər ki, tapilmayan neft Çin və s. ölkələrdən mövcud ola bilər. Çünki, bu kimi ölkələrdə neft satışının hesabatı dəqiq aparılmır.

Son xəbərlər

Orphus sistemi