“Western Union” ABŞ-dan Kubaya pul köçürmələrini dayandırıb

“Western Union” ABŞ-dan Kubaya pul köçürmələrini dayandırıb “Western Union” ödəniş sistemi texniki problemlərə görə müvəqqəti olaraq ABŞ-dan Kubaya pul köçürmələrini emal edə bilmir.
Maliyyə
9 Fevral , 2024 04:13
“Western Union” ABŞ-dan Kubaya pul köçürmələrini dayandırıb

“Western Union” ödəniş sistemi texniki problemlərə görə müvəqqəti olaraq ABŞ-dan Kubaya pul köçürmələrini emal edə bilmir.

“Report” xəbər verir ki, bu barədə “Associated Press” xəbər yayıb.

Qeyd olunub ki, Kubada əməliyyatların aparılması ilə bağlı texniki problemlər mövcuddur.

Şirkət nümayəndəsi bildirib ki, “Western Union”un fəaliyyəti sabitdir: “Ona görə də bu, yalnız ABŞ-dan Kubaya göndərilən pul köçürmələri ilə bağlı təcrid olunmuş problemdir”.

Bildirilib ki, şirkətin xidmətləri yanvarın 28-də dayandırılıb. Yanvarın sonunda Kuba səlahiyyətliləri xaricdən kiberhücuma məruz qalan ödəniş sistemində fasilələr olduğunu bildirmişdi.

Son xəbərlər

Orphus sistemi